• 23 Noyabr 2024 11:09

Deputat parlamentdəki iş otağında kameralara düşdü

Rusiya Federasiyası Kommunist Partiyasından olan Dövlət Dumasının deputatı öz kabinetinə fahişə çağırıb. Musavat.com bu barədə SHOT Telegram kanalına istinadla xəbər verir.

 

Kanal sarkazımla yazır: “Melanxoliya və yorğunluqdan əziyyət çəkən kommunist Denis Parfyonov ağır iş gününün ortasında ruhunu və bədənini dincəlmək qərarına gəlib. İlk zənglə deputatı gündəlik işin sıxıntısından qurtarmaq üçün gözəl bir pəri gəlib. Parfenov onunla birlikdə iş otağına geçib…”

 

Otağına quraşdırılmış gizli kamera bütün prosesi qeyd edib. Deputatın “iş ortasında eşq” sevdası Rusiya Federasiyasının Kommunist Partiyası tərəfindən yaxşı qarşılanmayıb.

 

Rusiya Federasiyası Kommunist Partiyası SHOT-a təsdiqləyib ki, onlar artıq videoya baxıblar və “iş aparırlar”. Partiya nümayəndələri bunun süni intellekt tərəfindən yaradıla biləcəyi ehtimalını da nəzərdən keçirirlər. Deputatın çağırdığı fahişə “Diana” adlanır. Profilinə əsasən, 25 yaşlı qız Moskvada yaşayır və fərdi işləyir. Denis Parfyonovun özü hələlik sevişmə görüntülərinə münasibət bildirməyib.

 

Denis Parfyonov 1987-ci ildə anadan olub, Moskva Dövlət Universitetini bitirib, 7-ci çağırış Rusiya Federasiyası Dövlət Dumasının deputatı, 2016-cı ildən Kommunist Partiyası fraksiyasının üzvüdür.

Tacxeber.com

Oxşar xəbərlər