Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
Paytaxtda və Abşeron rayonu ərazisində yerləşən daşınmaz əmlakların böyük əksəriyyəti çıxarışsızdır. Rəsmi rəqəmlərə görə, hazırda bu ərazidə 400 minədək “kupçasız” ev mövcuddur. Aidiyyəti dövlət qurumları qanunsuz tikintilərin aparılmasının qarşısını qismən ala bilir. Vətəndaşların bir çoxu sənədsiz evlərlə bağlı kütləvi söküntülərin yoxluğundan və s. bu tip əmlakları almağa davam edir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hazırda Cinayət Məcəlləsində qanunsuz zəbt olunmuş torpaqlarla bağlı ciddi cəzalar tətbiq olunmaqdadır:
“Həqiqətən də bu gün belə ölkədə kütləvi şəkildə qanunsuz torpaqların zəbt olunması prosesi gedir. Eyni zamanda, həmin torpaqlarda özbaşına tikililərin aparılması həyata keçirilməkdədir. Milli Məclisdə Cinayət Məcəlləsinə müəyyən dəyişikliklər edilsə də.
CM-in 188.1-ci maddəsi mülkiyyət istifadə və icazə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, əkib-becərmə, dəyişdirmə və özbaşına tutma kimi əməllərə görə 8 min manatdan 10 min manatadək cərimə nəzərdə tutulur. Eyni zamanda, bu əməllər 2 il müddətədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma qanunla müəyyən olunmuş mülkiyyətdən istifadə və icarə hüququ olmadan tikinti işləri aparmağa görə isə, 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulub”.
Hüquqşünas qeyd edib ki, qanunsuz tikililərin istismar müddəti daha çoxdursa, o zaman vətəndaşlar aidiyyəti dövlət qurumlarına müraciət etməlidir: