Sabiq məhkəmə hakimi Psixiatriya Xəstəxanasına göndərildi
Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Zeynalov Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, sentyabrın 19-da İradə Aslanova adlı vətəndaş Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək, onunla bağlı şikayət edib.
Şikayətçi bildirib ki, Tamerlan Məmmədov (soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib – red.) onun yaşadığı ünvana gələrək evinə işıq salıb, qəribə səslər çıxarıb, avtomobilinin üzərinə yazılar yazıb və qapısını döyərək narahat edib.
O, polis bölməsinə gətiriləndən sonra da özünü qeyri-adekvat aparıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs Respublika Psixiatriya Xəstəxanasında dəfələrlə müalicə alıb. Bu səbəbdən də yenidən Respublika Psixiatriya Xəstəxanasına göndərilib.