• 23 Noyabr 2024 07:21

Ukrayna Rusiyanın daha iki raket-sursat anbarına zərbələr endirdi…

Rusiya Federasiyasının Tver vilayətində Toropets və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri naməlum PUA-ların hücumu zamanı növbəti dəfə partlayış səsləri eşidir.

 

Moderator.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Dron hücumundan sonra Tver vilayətində yanğınlar görünür. Tver vilayətinin Jovtnevoy kəndində Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin(BRAİ) 23-cü arsenalına da pilotsuz təyyarələr tərəfindən hücum edilib.

 

Vilayət qubernatoru İqor Rudenyanın sözlərinə görə, “Tver vilayətinin cənub-qərbində Rusiya Müdafiə Nazirliyinin qüvvələri PUA-nı vurublar. “Təcili yardım xidmətlərinin mütəxəssisləri ərazi administrasiyasının nümayəndələri ilə birlikdə  ərazidə işləyirlər”.

“23-cü BRAİ arsenalı artıq məhv edilmiş 107-ci arsenaldan cəmi 16 km cənubda yerləşir. Həmin arsenalın təxminən yarısı qədər olan bu arsenal da artıq məhv edilib.  Bu, Toropetsdəkindən sonra Rusiya Federasiyasının Avropa hissəsində qalan  6 BRAİ arsenalından biririr”, –  deyə monitorinq kanalları bildirir.

 

Digər məlumatlarda bildirilir ki, dron hücumu nəticəsində Krasnodar diyarının Tixoretski rayonundakı BRAİ anbarında partlayış və yanğın qeydə alınıb.

Xatırladaq ki, sentyabrın 18-nə keçən gecə Rusiyanın Tver vilayətinin Toropets şəhərində PUA-lar sursat anbarına hücum ediblər. Orada güclü yanğın baş verib. Bir neçə yüz kilometr aralıda yanğın və qara tüstü görünüb.  Şəhərdə raketlərin, döyüş sursatlarının və partlayıcı materialların kompleks saxlanması üçün arsenal 2018-ci ildə tikilib.

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, ruslar Toropetsdəki anbarda raketlər saxlayıb və Şimali Koreyaya məxsus “2KN232” raketllərinin ehtiyatını yaradıblar. Toropetsdəki raket anbarına PUA hücumundan sonra zəlzələlər baş verib.

Tacxeber.com

Oxşar xəbərlər