• 24 Noyabr 2024 04:59

Bilik Günü hərbi salam verən qızla bağlı MARAQLI MƏLUMATLAR

 

Bilik Günü hərbi salam verən şagirdin görüntüləri sosial şəbəkələrdə viral oldu. 

 

Tacxeber.com öz davranışı ilə günün qəhrəmanına çevirən məktəbli haqda ətraflı məlumat əldə edib.

 

Məlum olub ki, sözügedən görüntü Sumqayıt şəhəri 13 nömrəli tam orta məktəbdə valideynlərin biri tərəfindən çəkilib. Azərbaycanın dövlət himni oxunarkən hərbi salam verən şagird Aygün Məmmədlidir.

 

Aygün 21 yanvar 2018-ci ildə Sumqayıt şəhərində anadan olub. O, bu il Sumqayıt şəhərindəki 13 saylı tam orta məktəbin 1-Ç sinfinə qədəm qoyub. Ruhiyyə Qurbanovanın sinfində təhsil alır.

 

6 yaşı olmasına baxmayaraq, geniş dünyagörüşə malikdir. Azərbaycanın tarixi və ədəbiyyatı barədə yetərincə bilgi sahibidir.

 

Qeyd edək ki, ölkəmizdə məktəblilər milli ruhda böyüyür, milli kimlik, vətən, bayraq sevgisi, himnimizə olan sayqı azyaşlılarda hələ kiçik yaşlarından formalaşır. Uşaqların bayrağımıza, himnimizə olan sevgisini balaca Aygünün timsalında daha aydın görünür

 

Aygün ziyalı ailəsində doğulub. Atası Bəhram Məmmədov ADPU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktorudur.

Tacxeber.com

Oxşar xəbərlər