Feodal kəndçi ruhu
Universitetdə ən çox sevdiyim müəllimin otağında idim.
Mənə “Nə olmaq istəyirsən?” deyə sual verdi.
“İntellektual olmaq istəyirəm” dedim.
“Səndən intellektual olmaz” dedi.
Donub qaldım, sonra incik bir səslə
“Sizin dərsi keçsəm də yenə mühazirələrinizə gəlirəm, ən çox oxuyan, araşdıran və elmi müzakirələrdə iştirak edən yenə mənəm” dedim.
“Səndən intellektual olmaz” dedi.
Çox qəzəblənmişdim!
“Dosentlik dissertasiyalarının mövzularını belə mən təklif edirəm” dedim.
Professor gülümsəyərək geriyə yaslandı.
“Səndən çox yaxşı tədqiqatçı olar, amma intellektual olmaz” dedi. Arxasınca da davam etdi: “Səndən intellektual olmaz dediyimdə niyə elə düşündüyümü soruşmadın, küsdün və qəzəbləndin”.
Yazarlıq bilik işidir. İntellektuallıq bilik deyil, davranış tərzidir. Bir insanın intellektual olması üçün ailəsinin ən azı 3 nəsil oxumuş olması lazımdır.
Universitetin həyətinə bax. Son model avtomobillərlə doludur, hamısı da müəllimlərə məxsusdur. Hər il yenilərini alırlar. Tez-tez maşın dəyişməyə nə ehtiyac var? Niyə belə yaşayırlar?
Çünki müxtəlif elmi titullara sahib müəllimlərin karyerası nə qədər yüksək olsa da ruhları feodal bir kəndçi ruhudur.
Güclərini cəmiyyətə sırımaq üçün özlərini belə göstərməli, lovğalanmalıdırlar.
Əsl intellektual əsla bu motivlərlə hərəkət etməz.
Saxta intellektual kəndçilərə diplomlar və elmi titullar azlıq edir.
Eynilə pulun azlıq etdiyi kimi.