İsrail “Hizbullah”ın hədəflərini bombalayır – SON DƏQİQƏ
İsrail ordusu Livanda “Hizbullah”ın hədəflərinə yeni hücum dalğasına başlayıb.
Tacxeber.com-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İlkin məlumat: İsrailin Müdafiə Ordusu hazırda Livanda “Hizbullah” terror təşkilatına aid hədəflərə zərbələr endirir”, – xəbərdə deyilir.
Daha əvvəl bildirilmişdi ki, İsrail ordusunun hava hücumlarının ilk dalğası zamanı “Hizbullah”ın hədəfləri, o cümlədən İsrail ərazisini atəşə tutmağa hazır olan çoxlu sayda atəş qurğuları vurulub.