“Laçında gecəsi 100 manata kirayədə qaldıq, ev sahibi isə…” – Aqil Abbas
Son günlər müzakirə edilən mövzulardan biri də işğaldan azad olunan ərazilərdə evlərin kirayə verilməsidir. Bu məsələ ictimaiyyətdə birmənalı qarşılanmır.
Hətta iddia olunur ki, həmin evlərin aylıq qiyməti 5 min manat civarındadır.
Bu, nə dərəcədə doğrudur? Oradakı fərdi evlər kirayə verilə bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Aqil Abbas deyib ki, evlərin kirayə verilməsində pis bir iş yoxdur:
“Qarabağ turistik yerdir, evlərin qiyməti 100-150 manat aralığında dəyişir. Biz də ailəmlə birlikdə Laçında yerləşən evlərdən birində gecəsi 100 manata qaldıq. Bilirsiniz, evi olan o yolla pul qazanır. Burada nə var ki? Bakıda, Sumqayıtda evi kirayə vermək olar, Qarabağda yox?”
A.Abbas bu məsələnin hansı səbəbdən insanlarda narazılıq yaratdığını anlamadığını qeyd edib: