Makronun prezidentlik reytinqi rekord səviyyədə aşağı düşdü
Fransa sakinlərinin dörddə üçü ölkə prezidenti Emmanuel Makrondan narazılığını bildirib.
Tacxeber.com Report-a istinadən xəbər verir ki, bu barədə “Ifop”un “Journal du Dimanche” qəzeti üçün keçirdiyi sorğunun nəticələrində göstərilib.
Nəşr qeyd edib ki, 2018-ci ilin dekabrında “Sarı jiletlilər” böhranının pik nöqtəsində Zəfər tağı talan edildikdən sonra heç vaxt prezidentin populyarlıq reytinqi 25%-ə enməyib və ya ondan imtina reytinqi 75%-ə yüksəlməyib.
“Journal du Dimanche”nin yazdığına görə, Makron əsasən “onu korlayan qeyri-mütənasib eqosunda”, eləcə də parlamentin “dağıdılması fiaskosunda” günahlandırılır.
Sorğusu həmçinin göstərib ki, fransızların 55%-i baş nazir Mişel Barnyedən narazıdır, baxmayaraq ki, onun hökuməti materialda qeyd olunduğu kimi, hələlik heç bir tədbir görməyib.