• 22 Sentyabr 2024 03:12

“Qalatasaray” İstanbul derbisində qalib gəldi

Türkiyə superliqasında 6-cı turun oyunları davam edir.

 

Tacxeber.com xəbər verir ki, turun mərkəzi qarşılaşması bu günə təyin edilib. Əzəli rəqiblər – İstanbul təmsilçiləri “Fənərbaxça” ilə “Qalatasaray” üz-üzə gəlib. “Şükrü Saracoğlu” stadionunda keçirilən görüş “Qalatasaray”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, bu oyun liderlik baxımından da əhəmiyyət daşıyıb. Bu mövsüm liqada bütün 6 matçda qələbə qazanan “Qalatasaray” 18 xalla birinci yeri tutur. “Fənərbaxça” isə 6 oyundan sonra 13 xalla 2-ci yeri tutur.

 

21:00. “Fənərbaxça” – “Qalatasaray” – 1:3

Qollar: Livakoviç, 20 – avtoqol (0:1), Mertens, 28 (0:2), Sara, 60 (0:3), Dzeko, (1:3)

Tacxeber.com

Oxşar xəbərlər