• 24 Noyabr 2024 02:10

Ukrayna PUA-sı Xəzərə qədər gəldi: uçuşlar təxirə salındı

 

PUA hücumu təhlükəsi ilə ötən gecə Volqoqrad və Həştərxan hava limanları bağlanıb.

 

Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.

 

Bildirilir ki, Volqoqrad hava limanı gecə saat 1:40 radələrində təyyarələrin qəbulunu və uçuşunu dayandırıb. Bu səbəbdən iki reys təxirə salınıb. Bir saat sonra Həştərxan hava limanı bağlanıb, buna görə üç reys gecikdi.

 

Saat 05:10 radələrində təhlükə aradan qaldırılıb.

 

Rusiya Müdafiə Nazirliyi Həştərxan vilayətində PUA vurulduğunu açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər