• 22 Sentyabr 2024 16:23

Ukrayna rus silah anbarını bu raketlə vurdu: zəlzələ yarandı

Ukrayna Krasnodar diyarının Tixoretsk şəhərindəki raket anbarına “Palyanitsa” raket-dronu ilə zərbə endirib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

 

“Vurulan anbarda 2 min ton döyüş sursatı, o cümlədən Şimali Koreya istehsalı olan raketlər olub. Yüksək alov şarı da zərbənin miqyasını göstərir. Partlayış lokal zəlzələ yaradıb və kosmosdan belə görünüb”, – məlumatda qeyd olunub.

 

Nəşr qeyd edib ki, sursat anbarlarına ardıcıl hücumlar Ukraynanın Rusiya daxilindəki strateji hədəflərə dərin zərbələr endirmə kampaniyasının dəyişməsindən xəbər verir:

“Kiyev uzun müddət müttəfiqlərindən “Storm Shadow”, “SCALP-EG” və ABŞ raketləri ilə Rusiyanı vurmaq üçün icazə istədi, lakin onlar daim rədd cavabı aldılar. Səbri tükəndiyi üçün ukraynalılar yerli PUA və raketlərin istehsalını ikiqat artırıblar və artıq heç kimdən icazə istəmədən Rusiya daxilində hədəfləri atəşə tuta bilərlər. Son hücumlar da Ukraynanın dərin zərbələrinin artdığını göstərir. Son reydlər daha dağıdıcı oldu. Bu, Ukrayna PUA-ları qədər uzağa uçmayan, lakin daha güclü silaha işarə edir. Toropetsdə ruslar sursat anbarı partlamadan əvvəl təyyarə mühərriklərinin səsini eşitdiklərini iddia ediblər. Bu, “Palyanitsa” idi”.

 

Qeyd edək ki, “Palyanitsa” raket-dronunun ilk dəfə avqustun 24-də atışı həyata keçirilib və Krımdakı hədəfi məhv edib. Bu raket Çexiya və Ukraynanın birgə istehsalı olan turboreaktiv mühərrikə malikdir. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər