• 23 Noyabr 2024 09:12

Zirəddinin 7 il öncəki şok proqnozu: Rəisi də buna görə…

 

İsrailin Hizbullaha qarşı Livanda keçirdiyi peycer əməliyyatı bütün dünyada təəccüblə qarşılanıb. 

 

Baş verən partlayışlardan sonra tanınmış ekstrasens Zirəddin Rzayevin bununla bağlı 2017-ci ildə verdiyi proqnoz üzə çıxıb.

 

“Bu, ABŞ və Böyük Britaniyanın fəaliyyətinin nəticəsidir. Görürəm ki, onlar yeni silah icad ediblər – peykin və okeanın köməyi ilə təyyarələri məhv edirlər. Bu, hədəflənmiş məhvetmədir, terror aktı deyil. Terrorçu adlandırılanlar əslində ABŞ və bütövlükdə Qərbin tanınmamış ordusudur. Onlar hər yerdə vuruşurlar”, – ekstrasens 7 il öncəki proqnozda bildirib.

 

Yenisabah.az xəbər verir ki, Zirəddin Rzayev Globalinfo.az-a açıqlamasında hələ illər öncə Qərbin sputnik və digər dalğalarla təyyarələri məqsədyönlü şəkildə qəzaya uğradacağını açıqladığını xatırladıb.

 

O, İranın mərhum Prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində həlak olması məsələsinə də toxunub:

 

“Livanda partlayan peycerlərin və digər elektron cihazların təyyarələr üçün təhlükəli olduğunu artıq dünya mətbuatı da gündəmə gətirir. Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin də peycerdən istifadə etməsi yayılan fotolarda öz əksini tapıb. Helikopterin qəzaya uğramasının səbəbləri isə hələ də mübahisə və şübhə doğurur. Bu gün baş verən hadisələr həqiqətən də mənim 4 yanvar 2017-ci ildə verdiyim açıqlamaların sübutudur”.

Tacxeber.com

Oxşar xəbərlər