“Bəsit, bayağı, şit aparıcılar…” – Qulu Məhərrəmli
Yerli telekanallarda yayımlanan verilişlərlə bağlı müzakirələr son bir ildə daha çox gündəmə gəldi. Daim tənqidlər, etirazlar bildirildi, hətta telekanal rəhbərləri Prezident Adminstrasiyasına çağrılaraq xəbərdarlıq edildi.
Hamı düşünürdü ki, artıq sezon sonudur, yeni sezondan dəyişikliklər baş verəcək.
Lakin vəziyyətin belə olduğunu görmədik, yeni sezonda kanallarda yenə eyni aparıcılar və eyni tip verilişlər fəaliyyətini davam etdirir. socar vakansiya
Bəs görəsən, gözlənilən dəyişiklik niyə edilmədi?
Mövzu ilə bağl Yenisabah.az-a danışan Bakı Dövlət Universitetinin professoru, jurnalist Qulu Məhərrəmli bildirib ki, televiziya verilişlərinin zövq oxşaması, tamaşaçıları razı salması hazırda ən ciddi problemlərdən biridir:
“Zaman-zaman ekranda yeni layihələr, yeni verilişlər maraqlı proqramlar və aparıcılar görürük. Əlbəttə hər şey zövq etibarilə yüksək olanda tamaşaçıları qane edir. Amma iş elə gətirib ki, bizdə son bir neçə ildə sözün pis mənasında həm sabit aparıcılar, həm də narazılıq doğuran proqramlar ekranda geniş yer tutur. Bu, həm televiziyaların proqram siyasəti ilə həm də televiziyaların maliyyə proqramlarının həlli ilə bağlıdır. Xüsusən də özəl televiziyalar daha çox gəlir gətirən, reklam gətirən, sponsoru cəlb edən verilişlərə üstünlük verirlər. Bu prosesdə sərhədlərin aşması, yəni həddindən çox maliyyə bağlılığı, onun üçün iş qurmaq tamaşılarla televiziyanın arasında müəyyən bir “çat” yaradır və həmin çat çox böyük narazılıqlara səbəb olur”.