İki hərbçinin odlu silahla özünü öldürdüyü bildirilir
Hərbi Prokurorluq hadisənin araşdırıldığını deyir.
Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayevin xidməti silahdan ehtiyatsız davranması nəticəsində xəsarət aldığı, sonradan xəstəxanada vəfat etdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumatı təsdiqləyib.
Orxan Ağayevin Şirvan xəstəxanasında tibbi müdaxilələrə baxmayaraq öldüyü qeyd olunur.
Dünən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Musa Bayramovun da odlu silahdan açılmış atəş nəticəsində həlak olduğu deyilir.
Bu barədə Qubadlı Rayon Hərbi Prokurorluğuna məlumat daxil olub.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyevin bildirdiyinə görə, prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər:
“İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib”.
“Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib. Həmçinin, təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”, – deyə Firad Əliyev əlavə edib.