“‘Kurs əməliyyatı Putin üçün böyük psixoloji zərbədir” – general Mark Milli
“Rusiyalılar qüvvələrini toparlayıb öz ərazisini geri qaytara bilər…”
“Əgər Qərb və ABŞ yardımı dayandırsa, Ukraynanın öz mübarəzisini davam etdirməsi problematik olacaq…”
Ukraynanın Rusiya ərazisinə gözlənilməz hücumu, demək olar ki, müharibənin iki il yarım müddəti ərzində ən cəsarətli avantüradır.
Moderator.az xəbər verir ki, bu barə ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Birləşmiş Komitəsinin sabiq sədri general Mark Milli bəyan edib. Məlumatı “CBS News” nəşri yayıb.
“Bu, Rusiya təfəkkürünə, o cümlədən Putinə böyük psixoloji zərbədir, çünki ikinci dünya savaşı dönəmindən bəri ilk dəfə olaraq ukraynalılar Rusiya ərazisinə daxil olub”, – o, qeyd edib.
Eyni zamanda Milli qeyd edib ki, sahəsi 1300 kv. km olan ərazi Rusiya Federasiyasnın xəritəsində yalnız bir nöqtədir, ona görə də üç açıq cinahla bu, riskli ola bilər.
“Rusiyalılar öz qüvvələrini toparlayıb, bu cinahları təcrid edə və ukraynalıları darmadağın edə bilər”, – ekspert xəbərdarlıq edib.
Rusiya diktatoru Vladimir Putinin öz ərazisini geri qaytarmaq üçün miqyaslı əkahücuma başlayacağını gözləməsi barədə suala cavabında Milli bunları deyib:
“Hər halda bu, yaxın aylarda tamamilə baş verə biləcək imkanlardan biridir”.
Milli hesab edir ki, prezident Vladimir Zelenski Kursk vilayətində əməliyyatı ilə ona stavka edir ki, o, Rusiya ərazisində yeni cəbhə açdığı zaman Ukraynada müdafiə xətləri qorunub saxlanılacaq.
“O, hesablanan riskə gedib ki, növbəti ildə hər-hansı mümkün danışıqların başlanmasından öncə özünə güclü mövqe təmin edə bilsin”, – general izah edib.
O cümlədən general ABŞ-ın Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizəsi üçün kifayət qədər silah tədarükünün davam edib-etməyəcəyi ilə bağlı riski nəzərdə tutur.