Mətanət GİLEYLƏNDİ: “Ömrüm tıxacda keçir”
Aparıcı Mətanət Əliverdiyeva paytaxt yollarındakı tıxaclardan şikayətlənib.
Tacxeber.com xəbər verir ki, bu barədə o, özünün aparıcılığını etdiyi “Xəzər axşamı” verilişində gileylənib.
“Yollarda tıxacdır. Səhər saat 7-dən Sumqayıtdan çıxan Mətanət saat 11-ə işləmiş Xəzər TV-yə çatıb. Təsəvvür edin, 3 saat. Bu qədər tıxacda qalmaq nə deməkdir? Anlayıram ki, təmir gedir. Mənim gəldiyim istiqamətdə heç təmir də getmirdi. Sırf avtomobillərin çoxluğudur. İşə, dərsə gedirik, amma gecikirik. Bütün əsəbimiz gedir. Bilmirəm səbəb nədir.
Sumqayıtdan, Binəqədidən, Masazırdan gələn yol layihəsini ya təzədən cızmalısınız. ya da başqa nəsə etməlisiniz. Bu istiqamətdə təmir yoxdur, hər gün eyni şeydir. Bunun səbəbi nədir? Bir sözlə, ömrüm tıxacda keçir”, – Mətanət qeyd edib.