Quterreş: Nə İsrail, nə də HƏMAS Qəzzada atəşi dayandırmaq istəmir
BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, İsraillə HƏMAS hərəkatı arasındakı münaqişədə tərəflərdən heç biri Qəzza zolağında atəşkəs istəmir.
Tacxeber.com xəbər verir ki, o bu haqda CNN telekanalına müsahibəsi zamanı danışıb.
“Nə İsrail hakimiyyəti, nə də HƏMAS əslində atəşkəs istəmir, mənim fikrimcə, bu, açıq-aydındır. Hazırda müzakirə olunan müqavilə kifayət qədər ağlabatandır və bütün tərəflər onu qəbul etməyə hazır olmalıdırlar. Lakin biz görürük ki, hər dəfə nəsə baş verəndə yeni çətinliklər yaranır”, – deyə o bildir