Tıxac problemi buna görə həll edilmir? – ŞOK EDƏN AÇIQLAMA
Paytaxtın elə bir günü yoxdur ki, tıxacsız, izdihamsız keçsin. Hansı tərəfə boylansaq, orada çoxlu sayda adam görürük. Həmin şəxslər ya dərsə, ya da işə gedir. Hamı tələsir. Elə bunun səbəbi də tıxacda lüzumsuz yerə itirdiyimiz vaxtdır.
Şəhərətrafı qəsəbələrdən mərkəzə gələn insanların vaxtının çoxu tıxaclarda keçir. Bu hal əhalinin səhhətinə, psixologiyasına da müəyyən qədər təsir edir. Cəmiyyətdə stres faktorunun, cinayətlərin artmasının da mövcud vəziyyətlə bağlı olduğunu iddia edənlər az deyil.
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan psixoloq Samirə Bağırova iddialara belə cavab verib:
“Onu deyə bilərəm ki, problemi hər kəs bilir, amma kimsə nəyisə yaxşılaşdırmaq üçün hərəkətə keçmir. Çünki sərf eləmir. Belə ki, stress olmasa xəstəliklər olmayacaq, apteklərdə dərmanlar satılmayacaq, səhiyyənin gəliri azalacaq. Bütün xəstəlikləri tətikləyən ilk və ən başlıca səbəb stressdir. Xəstəlik isə əsas gəlir mənbəyidir. Hətta diqqət etsəniz, qəsəbələrdə hər addımda apteklər mövcuddur. Bu özü şüuraltı tətikləməkdir. Azərbaycan ancaq Bakıdan ibarətdir. Azərbaycan deyəndə ağıla ancaq Bakı gəlir. Çünki xəstəxanalar, universitetlər, günü-gündən sayı artan özəl bağçalar, mərkəzlər, hətta bəzi zavodlar Bakıda yerləşir ki, bu da böyük bir xaosdur. Bölgələrdə klinikalar, əməliyyat şöbələri, təhsil ocaqları olmadığından kənd əhalisi məcburən Bakıya axın edir”.
Psixoloq qeyd edib ki, sürücülük qaydasından tutmuş, mədəniyyət qaydalarına kimi hər mövzuda xaotik dönəm yaşayırıq: