Uşaqlar arasında yayılan səpgili xəstəlik əslində nədir? – Həkim danışdı
Son vaxtlar uşaqlarda səpgili infeksiya müşahidə olunur.
Tacxeber.com xəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. O bildirib ki, bu xəstəlik qızılca, məxmərək, su çiçəyi və ya skarlatina da deyil:
“Ağız-əl-ayaq” xəstəliyidir. Koksaki virusu tərəfindən törədilir, Oral, fekal-oral yolla ötürülür.
Hərarət yüksəlir, ağızda,əllərdə, ayaqlarda,bəzən genital nahiyədə səpkilər müşahidə olunur. Dərhal həkimə müraciət edilməlidir ki, yuxarıda göstərilən xəstəliklərdən ayırd etsin”.
Mütəxəssisin sözlərinə görə, bu xəstəliyin spesifik müalicəsi yoxdur:
“Hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır. Vaxtında həkimə müraciət etmədikdə xoşagəlməz ağırlaşmalar ola bilər. 5-7 gün ərzində keçir”.