• 23 Noyabr 2024 04:07

“Marca” “Qızıl top”un builki sahibini açıqlandı

Bu il “Qızıl top”u İspaniyanın “Real Madrid” klubunun braziliyalı futbolçusu Vinisius Junior alacaq.

Tacxeber.com xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti “France Football” jurnalına istinadla məlumat yayıb.

Məlumata görə, mükafatlandırma mərasimi oktyabrın 28-də Parisdə baş tutacaq.
Qəzetin məlumatına görə, hücumçuya mükafat alacağı barədə artıq məlumat verilib və “Nike” bu hadisə şərəfinə onun üçün xüsusi qızıl butslar hazırlayıb.

Qeyd edək ki, Vinisiusun 24 yaşı var. O, 2018-ci ildən “Real Madrid”də çıxış edir. Ona qədər futbolçu Braziliyanın “Flamenqo” klubunda oynayıb. Madrid klubunun tərkibində o, üç dəfə İspaniya çempionu olub. Vinisius üç dəfə İspaniya Superkubokunun, bir dəfə İspaniya kubokunun qalibi olub. Həmçinin, hər biri iki dəfə olmaqla Çempionlar Liqası Kubokunu, Klublararası Dünya Kubokunu və UEFA Superkubokunu qazanıb.

Xatırladaq ki, “Qızıl top” 1956-cı ildən verilir. Mükafatların sayına görə rekordçu 8 dəfə bu mükafatı qazanan argentinalı Lionel Messidir.

Tacxeber.com

Oxşar xəbərlər