• 23 Noyabr 2024 08:21

“Samir Piriyevin qızıdır deyə, xüsusi münasibət göstərilməlidir?” – Video

 

Müğənni Samir Piriyevin xanımı Anara Piriyeva videomüraciət yayaraq 42 nömrəli tam orta məktəbin direktorundan şikayətçi olduğunu bildirib.

 

Tacxeber.com oxu.az-a istinadla xəbər verir ki, o, direktorun qızının geyiminə irad tutmasını haqsız sayıb.

 

42 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həmidova qeyd edib ki, digər şagirdlər kimi Fərəhə də irad tutulub:

 

“Məktəb direktorunun uşağa irada tutmağa ixtiyarı yoxdur?! Məktəbin 1700 şagirdindən biri kimi Fərəhə də demişik ki, bu açıqrəngli ətəkdir, bir az tünd olmalıdır. Onu söyüb, təhqir edib, şəxsiyyətinə xələl gətirməmişik ki?! İndi Samir Piriyevin qızıdır deyə, xüsusi münasibət göstərilməlidir? Bizim məktəbli formamız boz ətək, mavi köynəkdir. Biz də bunu tələb edirik”.

Tacxeber.com

Oxşar xəbərlər