Alla Puqaçova və qızının Rusiyadan qovulması istənilir
Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Xalq artisti Alla Puqaçovanın qızı, Əməkdar artist Kristina Orbakayteni ölkədən qovmağa çağırıb.
Tacxeber.com xəbər verir ki, deputat müğənnilərin Rusiaydakı daşınmaz əmlaklarını sakitcə satmalarından qəzəblənib. Onun sözlərinə görə, Puqaçova və Orbakaytenin bu cür imkanı olmamalıdır. Çünki müğənni ana və qızı həmin mənzilləri Rusiya büdcəsindən ödənilən konsertlərdən əldə etdikləri milyardlarla rubl hesabına alıblar.