İcra başçısının qardaşı faciəvi şəkildə dünyasını dəyişdi
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib.
Tacxeber.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, icra başçısının qardaşı, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi dünən saat 16 radələrində Abşeron rayonunda iş yerində elektrik cərəyanı vuraraq öldürüb.