İşdən çıxarılan müəllim “yeni iş” tapdı
Bir neçə gün öncə İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərmiş və müəllimlik fəaliyyətinə xitam verilən Leyla Nəcəfquliyeva tiktokerliyə başlayıb.
Tacxeber.com Referans.az-a istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında izləyicilərə məlumat verib.
Müəllim bildirib ki, artıq tiktokerdir. Müəllim hətta, məkanların reklam çarxının hazırlanması üçün işbirliyi də təklif edib.
Müəllim bildirib ki, artıq müəllimlik sənətinə nifrət edir.