• 25 Sentyabr 2024 14:19

Kobaxidze Baydenin dəvətlilər siyahısından çıxarıldı

Kobaxidze Baydenin dəvətlilər siyahısından çıxarıldı

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından çıxarıb.

 

Tacxeber.com VOA-ya istinadla xəbər verir ki, bu barədə administrasiya və Konqresdəki mənbələrinə istinadən məlumat yayıb.

 

ABŞ prezidenti Co Bayden sentyabrın 25-də Nyu-Yorkda ənənəvi qəbulda dünya liderlərini və BMT-nin yüksək səviyyəli rəsmilərini qəbul edəcək. Məlumata görə, Gürcüstanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edən İrakli Kobaxidze daha əvvəl ABŞ prezidentinin qəbuluna dəvət olunanlar siyahısında olub, lakin Bayden administrasiyası dəvəti ləğv edib.

 

Konqresdəki digər mənbə “Amerikanın Səsi”nə dəvətin ləğv edildiyini təsdiqləyib.

 

Məlumata görə, administrasiya baş nazirin dəvətini ləğv etməklə yanaşı, Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən və baş nazir Kobaxidze ilə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan arasında görüşdən də imtina edib.

Tacxeber.com

Oxşar xəbərlər