• 23 Noyabr 2024 19:22

“Turşu sezonu” BAŞLADI – Zəhərlənməmək üçün nələrə diqqət EDİLMƏLİDİR?

Ölkəmizdə havalar soyumağa başlayan kimi turşu sezonu açılır. Sakinlər yay boyu cürbəcür tərəvəzlərdən qoyduqları turşuları, bağladıqları bankaları açmağa başlayırlar. Hər yeməyə xüsusi dad qatan turşular azərbaycanlıların sevimlisidir. Turşu sezonunun başlaması ilə bərabər zəhərlənmə hadisələri hər il manşetləri zəbt edir. 

 

Turşulardan zəhərlənməmək üçün nə etməli?

Qida mütəxəssisi Ağa Salamov Bizim.Media-ya insanların turşu bağlayarkən diqqət etməli olduğu məqamlardan danışıb:

“Turşuya qoymaq üçün seçilən tərəvəzlərin deformasiyaya uğramış, kiflənmiş, çartlamış, əzik, çürük olmamasına diqqət göstərilməlidir. Çünki bu cür tərəvəzlərə torpaqdan bakteriya keçmiş ola bilər. Təzə, mövsümi tərəvəzlər olmalıdır. Ən azı 15 dəqiqə isti su ilə yuyulub təmizlənmiş yəni sterilizə olunmuş balonlara qoyulmalıdır. Ondan sonra ağzı möhkəm bağlanmalıdır, içinə çiy su getməməlidir. Həmçinin tərəvəzləri yaxşıca yuyub torpaqdan arındırmaq, təmizləmək lazımdır”.

Turşular bahalaşıb

Qeyd edək ki, turşu qiymətlərində bahalaşma da nəzərə çarpır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin avqust ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində satılan yerli istehsal xiyar turşusunun bir kiloqramının orta satış qiyməti 2,34 manat olub, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 qəpik daha bahadır. Digər turşu növlərində də 9-43 qəpik arası bahalaşma müşahidə olunub.

Tacxeber.com

Oxşar xəbərlər