• 27 Sentyabr 2024 13:26

Əkizlərdən birində problem olanda, digəri də HİSS EDİR?

Əkizlərin ən böyük fərqi dünyaya cüt gəlməkləridir. Onlar həm eyni, həm də fərqli yumurta əkizi ola bilərlər. Əkizlər haqqında maraqlı faktlar və fikirlər mövcuddur. Bəziləri onlar arasında xüsusi bir telepatiyanın olduğunu hesab edir. 

Yaxşı, bəs orqanizm cəhətdən necə? Onlar eyni xəstəliyə, narahatlığa sahib ola bilərlərmi?

Əkiz oğul anası Günel Mirzəyeva Bizim.Media-ya əkizləri arasındakı fərq və oxşarlıqlarından danışıb.

“Əkizlərim arasında məni ən təəcübləndirən hal qan qruplarının ayrı olmasıdır.

Hər ikisinin də anadangəlmə nevroloji problemləri və ayaqlarında  narahatlıqları var idi. Ancaq sonradan bu, müalicəylə həll oldu. 

Daha sonra suçiçəyini biri daha ağır, digəri isə yüngül formada keçirdi.  Ancaq qızdırmaları olduqda adətən hər ikisində də olur və yaxud birinin öskürəyi, digərinin isə qripi daha gec sağalır. Yəni həm fərqli, həm də müxtəlif cəhətləri var. Düzdür, xarakterik cəhətdən  bir-birlərinə çox bağlıdırlar. Məsələn, evdə başqa bacı-qardaşları olsa da, yatmağa getdikləri vaxt ancaq bir-birlərini çağırırlar. Buna görə də çox vaxt yatmaq və oyanmaq saatları da eyni olur”.

Professor, tibb məsələləri üzrə ekspert  Adil Qeybulla deyir ki, əkizlər bir-birlərinə bioloji cəhətdən yaxındırlar:

“Əkizlərin birinin orqanizmində problem olarsa, bu “digərinə də mənfi təsir edər” fikri əsassızdır. Ancaq onların ikisində də, xüsusilə, eyni yumurta əkizlərində  eyni xəstəliklərin olma ehtimalı var. Bu əslində onların həyat tərzlərindən də asılıdır. Yəni, biri ola bilər ki, həyat tərzinə görə xəstəliyə tutulsun və ya daha sağlam yaşasın”.

Tacxeber.com

Oxşar xəbərlər