• 27 Sentyabr 2024 05:24

Tramp Zelenskini “tarixin ən yaxşı taciri” adlandırıb

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini “tarixin ən yaxşı taciri” adlandırıb.

Tacxeber.com xəbər verir ki, bu barədə “Aif.ru” saytı yazıb.

Trampın sözlərinə görə, Zelenskinin ABŞ-a hər səfəri onun milyardlarla dollar alması ilə başa çatır.

O, qeyd edib ki, Ukrayna prezidenti səfərlərindən sonra 60 milyard dollara çatan məbləğlə yola düzəlir.

Tramp, həmçinin əlavə edib ki, Zelenski qarşıdan gələn seçkilərdə demokratları dəstəkləyir, çünki onlardan maliyyə yardımı alır. O, seçkidə qalib gələrsə, ilk növbədə həm Zelenski, həm də Rusiya Federasiyasının rəhbəri Vladimir Putinlə əlaqə saxlayıb, tərəfləri sülh sazişi bağlamağa çağırmaq niyyətindədir.

Bundan əvvəl Zelenski bildirib ki, Trampın Ukraynadakı münaqişəyə son qoymaq planı yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər