• 22 Noyabr 2024 15:59

Kişilərin beyni hər gün bu saatda kiçilir

ABŞ alimləri kişilərin beyni üzərində araşdırma aparıblar.

 

Tacxeber.com sfera.az-a istinadən bildirir ki, bu araşdırmalara görə, kişilərin beyni hər axşam saat 20:00-da kiçilir.

 

Qadınların şəxsi həyatlarına əsaslanaraq maraqlandıran suallardan biri də “kişi beyni necə işləyir?”dir.

 

O dərəcə ki, bu sual forumlarda qadınlar tərəfindən də araşdırılır.

 

Kişilərin əksəriyyəti bu suala “Açıq məntiqlə işləyir” cavabını versə də, qadınlardan məzəmmət dolu cavablar gəlir.

 

Kişi beyninin necə işlədiyi elmi araşdırmaların da mövzusu olub. Bu araşdırmaların sonuncusu ABŞ-da aparılıb.

 

“Live Science”da dərc olunan xəbərə görə, hər gün səhər saat 07:00 və axşam saat 20:00-da 26 yaşlı gəncin beyni MRT vasitəsilə müayinə edilib. Bu proses 30 gün ərzində 40 dəfə təkrarlanıb.

 

Araşdırmalar nəticəsində kişi beyninin saat 20:00-da kiçilməyə başladığı görülüb.

 

Pensilvaniya Universiteti Perelman Tibb Mərkəzindən Laura Pritschet:

 

“Kişilərdə səhər və axşam arasında steroid hormonlarında 70% azalma olur”-deyə bildirib.

Araşdırmada yaddaş, duyğu və hərəkətlərdə mühüm rol oynayan boz maddənin həcminin hər gecə 0,6% azaldığı qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər