• 28 Sentyabr 2024 21:18

Pakistanda rusiyalı pilotları daşıyan helikopter qəzaya uğrayıb, ölənlər və yaralılar var

Pakistanda rusiyalı pilotları daşıyan helikopter qəzaya uğrayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə Pakistanın Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda baş verib.

Təyyarədə 14 nəfər olub, onlardan 6-sı ölüb, 8-i yaralanıb.

Qeyd edilib ki, helikopter Pakistanın neft kəşfiyyatı və hasilatı ilə məşğul olan “Mari Petroleum Limited” şirkətinə məxsus olub. O, texniki səbəblərdən neft yatağının yaxınlığında qəzaya uğrayıb.

Tacxeber.com

Oxşar xəbərlər