“Qızıma olan sevginin qarşısında ağlamağa haqqım yoxdur” – Qənirə Paşayevanın anası – VİDEO
“Cənab Prezidentə, Mehriban xanıma qızım Qənirə Paşayevaya göstərdiyi qayğıya görə təşəkkür edirəm. Biz heç vaxt bunu unutmayacağıq. Allah onlara uzun ömür və cansağlığı versin”. Bu sözləri mərhum millət vəkili Qənirə Paşayevanın anası Tehran Nağıyeva qızının anım mərasimində deyib.