• 29 Sentyabr 2024 12:28

“Kapitan Cek Sparrou”dan İspaniyada xəstəxanada kiçik pasiyentlərə sürpriz – VİDEO

Hollivud aktyoru Conni Depp İspaniyada rejissoru olduğu “Modi – Three Days on the Wings of Madness” premyerası üçün getdiyi San-Sebastian film festivalında olarkən, xeyirxah bir iş üçün də vaxt tapıb. Belə ki, “Karib dənizinin quldurları” film seriyasından məşhur personajı “Cek Sparrou”nun kostyumunu geyinən Depp uşaq xəstəxanasına baş çəkib.

 

Tacxeber.com xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.

 

Bildirilir ki, aktyor xəstəxananın pediatriya və onkologiya şöbələrindəki kiçik xəstələrlə ünsiyyət qurub, oynayıb və onları əyləndirərək vaxt keçirib.

 

Qeyd edək ki, bu, Conni Deppin “Cek Sparrou” obrazında uşaq xəstəxanalarına baş çəkdiyi ilk hal deyil. Daha əvvəl aktyor ABŞ-nin bir neçə şəhərində, həmçinin Paris, Vankuver, London və Brisbeyndəki tibb müəssisələrində Kapitan kostyumunda görünüb.

 

Xatırladaq ki, “Karib dənizinin quldurları” franşizasının yaradıcıları hələ də Conni Deppin “Cek Sparrou” roluna qayıtmasında maraqlıdırlar.(Oxu.az)

 

Oxşar xəbərlər