• 29 Sentyabr 2024 14:31

Netanyahu Nyu-Yorkdan Nəsrullahla bağlı ona zəng etdi – ŞOK DETALLAR

İsrailin “Hizbullah” lideri Həsən Nəsrullahı öldürməsinin bəzi təfərrüatı məlum olub.

Tacxeber.com xəbər verir ki, bu barədə “Daily Mail” nəşrinə adı açıqlanmayan İsrail rəsmisi danışıb.

O, Netanyahunun ABŞ-a səfərinin Nəsrullahı çaşdırmaq üçün hazırlanmış hiylə olduğunu bildirib: “Netanyahu Nyu-Yorkdan müdafiə naziri Yoav Qalanta zəng edərək Nəsrullahın yerləşdiyi ehtimal olunan binaların ağır raket atəşinə tutması təlimatını verib”.

İsrail rəsmisi hücumlarının Netanyahunun ölkədə olduğu müddətdə əvvəlcədən planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bu, Nəsrullahı Netanyahu səfərdə olarkən onun təhlükəsiz olduğuna inandırmaq üçün atılan addım olub.

Tacxeber.com

Oxşar xəbərlər