• 29 Sentyabr 2024 13:33

Bu gün “Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “Sabah”a qarşı oynayacaq.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunun növbəti oyunları keçiriləcək.

 

Tacxeber.com xəbər verir ki, bu turda “Turan Tovuz” “Şamaxı”nın qonağı olacaq və  “Qarabağ” “Sabah”la üz-üzə gələcək.

 

“Azersun Arena”dakı qarşılaşma saat 19:00-da start götürəcək.

Günün ilk görüşündə “Turan Tovuz” “Şamaxı”nın qonağı olacaq. Bu qarşılaşma saat 16:00-da başlayacaq. Tovuz təmsilçisi 14 xalla beşinci, bir oyun az keçirən meydan sahibləri 11 xalla altıncıdır.

 

Azərbaycan Premyer Liqası

 

VIII tur

29 sentyabr (bazar)

16:00. “Şamaxı” – “Turan Tovuz”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov

 

19:00. “Qarabağ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov

 

Xatırladaq ki, turun əvvəl oyunlarında “Araz-Naxçıvan” “Səbail”i 3:2, “Zirə” “Kəpəz”i 3:0 hesabı ilə üstələyib. “Neftçi” – “Sumqayıt” matçında qalib müəyyənləşməyib – 1:1.

Tacxeber.com

Oxşar xəbərlər