BMT və Livan dünya birliyinə çağırış etdi
BMT və Livan beynəlxalq ictimaiyyətdən İsrailin hərəkətləri nəticəsində ölkədə baş verən humanitar böhranın qarşısını almaq üçün 426 milyon dollar ayırmağı xahiş edib.
Tacxeber. com xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin sözçüsü Yens Lehrken bildirib.
Onun sözlərinə görə, bu vəsait qarşıdakı 3 ay ərzində bu münaqişədən zərər çəkmiş bir milyondan çox insana təcili yardım göstərmək üçün lazımdır.
Lehrke xatırladıb ki, sentyabrın ortalarından bəri Livanda köçkünlərin sayı görünməmiş şəkildə artıb, ən azı min nəfər ölüb, daha 6 min nəfər yaralanıb.