• 06 Oktyabr 2024 08:27

“Washington Post”: Bayden Kiyevə Rusiyanı uzaqmənzilli silahlarla vurmağa icazə verə bilər

ABŞ-da demokratlar qalib gələrsə, Ukrayna prezident seçkilərindən sonra bu ölkədən Rusiyaya qarşı uzaqmənzilli silahlarından istifadə üçün razılıq ala bilər.

Tacxeber.com  xəbər verir ki, bu barədə  “The Washington Post” məlumat yayıb.

Nəşr Ağ Ev rəsmilərinə istinadən bildirib ki, “Bayden seçkidən öncə belə icazə vermək üçün ehtiyat edir”.

Məqalədə qeyd olunur ki, hazırda ABŞ-da Ukrayna ilə bağlı ixtilaf hökm sürür. Ağ Ev və hökumət iki yerə bölünüb. Bəziləri Trampın hakimiyyətə gəlməsindən qorxur və onun Rusiyanın şərtləri ilə münaqişəni tez bir zamanda bitirəcəyinə inanır. Digərləri isə Bayden və Kamala Harrisdən narazıdırlar və onlar “kifayət qədər sərt hərəkət” etmədiklərini düşünürlər.

Tacxeber.com

Oxşar xəbərlər