Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? – “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
“Diksiya Akademiyası olaraq ofisimizi köçürmüşük. Yasamal rayonu Şərifzadə küçəsində böyük bir ofisi kirayə etmişik. Sentyabrın 1-dən burada fəaliyyət göstəririk. COP29-la əlaqədar İcra Hakimiyyəti qərar verib ki, bütün obyektlərin üstündə panellər eyni olmalıdır. Yasamal rayonuna düşən panelin rəngi, təxminən, taxta rəngidir. Gəlib obyektlərin üstünə həmin panelləri quraşdırıblar. Orada işləyən ustalar siqaret qutularını, yeyib-içdikləri hər şeyin zibilini ofisin qabağına töküblər. Gecə vaxtı özüm o zibilləri bir-bir yığıb atdım. Tikinti materialları ağır olduğuna görə, təbii ki, onları daşımaq mümkünsüz oldu. Əməkdaşlarımın hamısı, demək olar, qızlardır. Ümumiyyətlə, bu, bizim işimiz deyil…”
Tacxeber.com xəbər verir ki, bu sözləri Akademiyanın rəhbəri Cəlalə Nəzəroğlu deyib.