• 22 Noyabr 2024 16:09

Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? – ŞOK QİYMƏTLƏR

Azərbaycan, kişilərdə ürək-damar xəstəlikləri üzrə ölüm halları ilə dünya üzrə 1-ci yerdədir; qadınlarda isə bu göstərici 2-ci yerdədir. İcbari tibbi sığorta çərçivəsində müxtəlif ürək əməliyyatlarının qiymətləri də açıqlanmışdır.

 

Bir müddət öncə mətbuatda ürək-damar xəstəliklərinin dünya ölkələrindəki miqyasını əks etdirən statistika yayıldı.

Bildirilirdi ki, kişilərdə ürək-damar xəstəliklərindən hər 100 min nəfərə düşən ölüm hallarına görə Azərbaycan dünyada 1-ci yerdədir.

 

İlk “beşlik”də həmçinin Tacikistan (2), Belarus (3), Özbəkistan (4) və Ukrayna (5) yer alıb.

Gürcüstan 18-ci, Rusiya 21-ci, Ermənistan 26-cı, İran 66-cı, Türkiyə isə 117-ci yerdədir. Ən sonuncu yerdə isə Yaponiya (182) və Cənubi Koreyadır (183). Yəni yaponlar və cənubi koreyalılar arasında infarktdan ölənlər minimumdur. Qadınların eyni statistikasına əsasən isə Azərbaycan 2-ci sırada qərar tutub. Başqa sözlə, bu göstərici üzrə də anti-rekordçuyuq.

 

Qeyd edək ki, 2022-2023-cü ildən etibarən ürək əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilib.Həmçinin ürək damarlarına stent qoyulması da icbari tibbi sığorta ilə ödənişsizdir. Stentin qoyulması əməliyyatı Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur.

 

Eləcə də aorta koronar şuntlama əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır. Təkcə 2021-2023-cü illər ərzində icbari tibbi sığorta hesabına 8153 aorta koronar şuntlama əməliyyatı icra olunub. Onlardan 861-i TƏBİB və Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, 7292-si isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində həyata keçirilib.

 

Aorta koronar şuntlama əməliyyatı icbari tibbi sığorta hesabına Yeni Klinikada, Mərkəzi Neftçilər Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Lənkəran və Şirvan rayon mərkəzi xəstəxanalarında, eləcə də Agentliyin müqaviləli tibb müəssisələrində göndəriş əsasında icra olunur.

Bəs ürək-damar əməliyyatları neçəyə başa gəlir? Daha dəqiqi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfində bu əməliyyatların qiymətləri necə müəyyən edilib?

 

Tacxeber.com Bakupost.az-a istinadən ürək-damar xəstəlikləri üzrə əməliyyatların qiymətlərini təqdim edir:

 

Tək damarda aparılan prosedur 300 manat.

İki damarda aparılan prosedur (Əlavə damar müdaxiləsi) 600 manat.

Üç damarda aparılan prosedur (Əlavə damar müdaxiləsi) 900 manat.

Dörd və ya daha çox damarda aparılan prosedur (Əlavə damar müdaxiləsi) 1200 manat.

Damar bifurkasiyası üzərində aparılan prosedur 300 manat.

Bir vaskulyar stentin taxılması 600 manat.

İki vaskulyar stentin taxılması (Hər növbəti stent dərman örtüklü və ya sadə metal olmasından asılı olmayaraq) 1200 manat.

Üç vaskulyar stentin taxılması (Hər növbəti stent dərman örtüklü və ya sadə metal olmasından asılı olmayaraq) 1800 manat.

Dörd və ya daha çox vaskulyar stentin taxılması (Hər növbəti stent dərman örtüklü və ya sadə metal olmasından asılı olmayaraq) 2400 manat.

Defibrilyasiya nəzərdə tutmayan ürək resinxronizasiya kardiostimulyatorunun implantasiyası, total system (ÜRT-P) 11000 manat.

Ürək resinxronizasiya defibrilyatorun implantasiyası, total sistem (ÜRT-D) 15000 manat.

Yalnız ürək resinxronizasiya kardiostimulyator puls generatorun implantasiyası və ya dəyişdirilməsi (ÜRT-K) 9000 ₼

Yalnız ürək resinxronizasiya defibrilyator puls generator cihazın implantasiyası və ya dəyişdirilməsi (ÜRT-D) 12000 manat.

Digər periferik damara (damarlara) dərman ifraz edən stentin (stentlərin) taxılması (bir stent qreftin taxılması) 2000 manat.

Hemodinamik monitorinqin aparılması ilə birgə ürəkdaxili və ya böyük damarlara implant edilən təzyiq sensorunun taxılması və ya dəyişdirilməsi 2600 manat.

Ürəkdaxili və ya böyük damarların hemodinamik monitorinqi üçün dərialtı cihazın implantasiyası və ya dəyişdirilməsi 1500 manat.

Koronar arteriyalarda damardaxili təzyiqin ölçülməsi (FFR) 1000 manat.

Ekstrakranial damarın (damarların) perkutan angioplastikası (vertebral). (Taxılan damar stentlərin sayı, müalicə olunan damarların sayı əlavə 2500 manat.

İntrakranial damarın (damarların) perkutan angioplastikası (bazilyar arteriya, vertebral arteriyanın intrakranial hissəsi). Taxılan damar stentlərin sayı, müalicə olunan damarların sayı əlavə kodlaşdırılsın) 3500 manat.

Karotid arteriyaya stentin (stentlərin) perkutan taxılması (Taxılan damar stentlərin sayı, müalicə olunan damarların sayı əlavə kodlaşdırılsın )2500 manat.

Digər ekstrakranial arteriya stentinin (stentlərin) perkutan taxılması (Taxılan damar stentlərin sayı, müalicə olunan damarların sayı əlavə kodlaşdırılsın) 2500 manat.

 

Perkutan translyuminal koronar angioplastika. PTKA (Taxılan damar stentlərin sayı, müalicə olunan damarların sayı əlavə kodlaşdırılsın):

 

Ürəyin korreksiya prosedurunun reviziyası 10000 manat.

Ürək çəpərində aparılan digər əməliyyatlar 4000 manat.

Ürəyin qapaqlarında aparılan digər əməliyyatlar 4000 manat.

Ürəyin qapaqlarında aparılan digər əməliyyatlar 4000 manat.

Koronar arteriyanın obstruksiyanın digər yollarla aradan qaldırılması. Koronar angioplastika (dərman ifraz edən balon taxılması, daxildir). (Taxılan damar stentlərin sayı, müalicə olunan damarların sayı əlavə kodlaşdırılsın) 1600 manat.

Tək koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı 4500 manat.

İki koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı 5500 manat.

Üç koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı 5500 manat.

Dörd və ya daha çox koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı 6500 manat.

Tək daxili məmə-koronar arteriya şuntlama əməliyyatı 4500 manat.

İkili daxili məmə-koronar arteriya şuntlama əməliyyatı:

Ürəyin biopsiyası 1000 manat.

Ürək anevrizmasının kəsiklə çıxarılması 5000 manat.

Ürəyin digər zədələnmə və ya toxumasının kəsiklə çıxarılması, açıq giriş 2500 manat.

Ürəyin digər zədələnmə və ya toxumasının kəsiklə çıxarılması və ya destruksiyası, endovaskulyar giriş (Ablasiya) 2200 manat.

Sol qulaqcıq artımının (SQA) kəsiklə çıxarılması, destruksiyası və ya ekskluziyası 1800 manat.

Ürəyin zədələnmə və ya toxumasının kəsiklə çıxarılması və ya destruksiyası, torakoskopik giriş 2800 manat.

Tək-boşluq cihazının taxılması, nəbz cavabı göstərilib (İCD DR) 12600 manat.

İki-boşluq cihazının ilkin taxılması (DR pacemaker) 5500 manat.

İstənilən növ kardiostimulyator cihazının tək-boşluq cihazı ilə dəyişdirilməsi, nəbz cavabı göstərilməyib (VR pacemaker) 4500 manat.

İstənilən növ kardiostimulyatorun tək-boşluq cihazı ilə dəyişdirilməsi, nəbz cavabı göstərilib (VR pacemaker) 4500 manat.

İstənilən kardiostimulyator cihazının iki-boşluq cihazı ilə dəyişdirilməsi (DR pacemaker) 5500 manat.

Sol qulaqcıq artımının cihazının taxılması 13000 manat.

Avtomatik kardioverter / defibrilyator implantasiyası və ya dəyişdirilməsi, total sistem (AÜKD) 12000 manat.

Avtomatik kardioverter / defibrilyator aparmanın (aparmaların) dəyişdirilməsi 1500 manat.

Tacxeber.com

Oxşar xəbərlər