• 02 Oktyabr 2024 20:24

“Dəmir günbəz” şüşədən də kövrəkdir – Pezeşkian

 

“Sionistlərin “Dəmir günbəz”i şüşədən də kövrəkdir.

 

Tacxeber.com Təsnim-ə istinadla xəbər verir ki, bunu hökumətin iclasında İran prezidenti Məsud Pezeşkian bildirib.

 

O, İranın “Sadiq vəd 2” adlanan İsrailə hücumu ilə bağlı deyib:

 

“Sübut etdik ki, millətimizin şərəf və qüruru ilə bağlı heç kimlə zarafat etmirik və əgər sionist rejim (İsrail – red.) səhv etmək istəsə, ona daha sarsıdıcı şəkildə cəza veriləcək. Sübut etdik ki, “Dəmir günbəz”i şüşədən də kövrəkdir”.

 

Pezeşkian əməliyyatı yüksək qiymətləndirib: “Biz müharibə həvəsində deyilik, lakin müharibədən qorxmuruq. Xalqımızın və ölkənin təhlükəsizliyini, nüfuzunu və ləyaqətini qorumaq üçün heç bir sərhəd tanımırıq”.

Tacxeber.com

Oxşar xəbərlər