• 02 Oktyabr 2024 16:28

Dərs keçməyə imkan verməyən, çox danışan uşaqlar: Onların problemi nədir? – Psixoloq

Uşaqlarda davranış problemlərinin müxtəlif səbəbləri

 

“Məktəbli uşaqlarla bağlı ən çox gələn şikayətlərdən biri də odur ki, müəllimi deyir, uşaq çox danışır, dərs keçməyə imkan vermir”.

 

Tacxeber.com xəbər verir ki, bunu klinik psixoloq Nuriyyə Quliyeva deyib. O bildirib ki, uşağın ancaq məktəbdəmi çox danışdığına, hiperaktiv olub-olmadığına baxmaq lazımdır:

 

“Bəzən valideyn çox danışan olmasa da, baxırıq ki, uşaq hiperatktivdir. Onlar sadəcə uşağın danışan tərəfini, enerjisinin sönmədiyini görür.
Ümumiyyətlə, valideynlər hər zaman bizə bir əlamət deyirlər. Soruşurlar ki, bu uşağın diaqnozu nədir? Birincisi, hər uşaqda diaqnoz olmur. İkincisi, həkimlər diaqnoz qoyarkən bir əlmətə əsaslanmır. Bir neçə əlamət olmalıdır ki, uşaqda hansı problem olduğunu desinlər.

Bu davranışla bağlı ol bilər. Bəlkə də evdə istədiyi qədər şərait yoxdur, gedir enerjisini dostları ilə “tökür”, məktəbdə danışır. Və ya ola bilər ki, hansısa uşağın davranış problemi olsun, heç bir qayda, sərhəd tanımasın. Yəni bir çox səbəblərə baxmaq lazımdır.
Həm də ona baxmaq lazımdır ki, bu hər müəllimin dərsində danışırmı?”

 

Psixoloq çox sual verən uşaqların ağıllı olduğunu deyib:

 

“Çox ağıllı uşaqlar çoxlu suallar vrirlər. Onlara hər şeyin pərdəarxası çox maraqlıdır. Bu necə oldu, niyə oldu və s. Ona görə də əslində, sual verən uşağı susdurmaq yox, ona qaneedici cavablar vermək lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər