Pezeşkian İsrailə hücumdan xəbərsiz olub?
“Nyu York Tayms” qəzetinin iddiasına görə, ali dini lider Əli Xameneinin əmrini yerinə yetirən İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı İsrailə raket hücumuna başlamazdan əvvəl İran Prezidenti Məsud Pezeşkiana məlumat verməyib. ABŞ nəşri bunu əməliyyatla bağlı İran rəhbərliyində mümkün parçalanma ilə izah edib.
Tacxeber.com xəbər verir ki, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, nəşrin bu iddiasının nə dərəcədə həqiqətəuyğun olduğunu söyləmək çətindir.