• 02 Oktyabr 2024 12:31

Rus kosmonavtının cavabı: “Əgər bizim əlimizdə ABŞ-ın Aya çıxmamasına dair ən kiçik bir dəlil olsa idi, biz ….”

Uşaq vaxtı ən böyük arzum Moskva yaxınlığındakı “Ulduz şəhərci”yini (Звёздный городок) görmək idi. Bu arzuma çatmaq üçün 2-ci kursda oxuyanda Qaqarin şəhərinə Tələbə-İnşaat Dəstəsinə yazıldım. Çünki bu Ümumittifaq Dəstəsindən cəmi 30 nəfər tələbəni seçib Qaqarindən Ulduz şəhərciyinə ekskursiyaya aparırdılar. Dəridən-qabıqdan çıxdım və o 30 nəfər xüsusi seçilmiş şanslı tələbədən biri oldum… 

 

Şəhərciyi gəzərkən təsadüfən qarşımıza iki dəfə Sovet İttifaqı Qəhrəmanı, dünyada ilk dəfə açıq kosmosa çıxmış, məşhur kosmonavt Aleksey Leonov çıxdı. Belə bir fürsəti əldən vermək olmazdı. “NASA-nın fotosunda amerikan bayrağı dalğalanır. Deyirlər ki, Amerika heç Aya enməyib, gördüklərimiz isə Hollivudda çəkilmiş səhnələrdir. Nə düşünürsüz bu haqda”, – deyə Leonovdan soruşdum.

 

Verdiyi tarixi cavabı unutmaq mümkün deyil: “Əgər bizim əlimizdə ABŞ-ın Aya çıxmamasına dair ən kiçik bir dəlil olsa idi, biz Dünyanı Amerikanın başına yıxardıq”…

 

Bəli, ruslar Aya ilk dəfə amerikaləların enməyini heç vaxt “həzm” edə bilmədi. Ancaq ilk dəfə nədir, onlar sonrakı illərdə də Aya insan göndərə bilmədilər. Ruslar günü bu gün də Amerikanı Aya astronavt göndərdiyinə görə qısqanır, “Hollivud kinosu” deyə sürəkli alay edirlər…

İbrahim Nəbioğlu

Tacxeber.com

Oxşar xəbərlər