Ömürlük həbs verilən qardaşlara 24 il sonra bəraət verildi.
ABŞ-da Qrin Bey şəhərindən ömürlük həbs edilmiş iki günahsız qardaşa bəraət verilib.
Tacxeber.com xarici mediaya istinadla xəbər verir ki, David və Robert Binz davası 1987-ci ildə başlayıb. Belə ki, “Good Times” barında işləyən Sandra Lison zorlanaraq, öldürülüb. Onun qalıqları meşədə tapılıb. Binz qardaşları da həmin gecə “Good Times”a gələnlər arasında olublar. 2000-ci ildə onlar Lisonu öldürməkdə heç bir dəlil olmadan təqsirləndiriliblər.