• 26 Noyabr 2024 08:49

Bakıdan qayıdan Lyubov Uspenskayanın qızı itib

Əslən Ukraynadan olan müğənni Lyubov Uspenskayanın qızı itib.

 

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi Rusiya mətbuatına açıqlamasında bildirib.

 

O, qızı Tatyana Plaksinanın qaçırıldığını ehtimal etdiyini bildirib:

 

“Bakıdan təzə qayıtmışam, qızım Tanya yoxa çıxıb! Onu tapa bilmirəm… Telefonları evdə qalıb, qorxuram. Çünki bu Tanyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası işgüzar səfərləri ilə əlaqədar ola bilər. Bəlkə də satıcılar və ya narkomanların əlindədir. Bilmirəm, bu variantlardan biri ola bilər.

 

Mən qastrolda idim və nə baş verdiyini bilmirəm, baxmayaraq ki, evimdə işləyənlər var, amma onlar da heç nə deyə bilmirlər! Heç nə görməyiblər. Mən indi çaşqınlıq, vahimə içindəyəm. Qorxuram ki, şantajçıların əlindədir, çünki o, məşhur müğənninin qızıdır. Onun haqda nəsə görən və ya bilən kimsə kömək etsin. İstənilən məlumat bizə faydalı olacaq”.

 

Qeyd edək ki, Lyubov Uspenskaya martda Rusiya vətəndaşlığını alıb.

Tacxeber.com

Oxşar xəbərlər