• 26 Noyabr 2024 00:44

İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi gerçəkləşəcək, çünki …..- Xaçikyan

İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətlər” yox olacaq.

 

Tacxeber.com Globalinfo.az-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər üzrə doktoru, erməni professor Artur Xaçikyan deyib.

 

O bildirib ki, müharibə başlasa, Tehran əlini İrəvanın üstündən çəkəcək:

“Regional müharibə başlayarsa, Türkiyə və Azərbaycanın qarşısını almağa çalışan yeganə dövlət də aradan çəkiləcək. İrimiqyaslı toqquşma zamanı İran Ermənistanın mövcudluğunun fərqinə belə varmayacaq. Bu isə bizim üçün risklidir. Çünki o zaman Bakı və Ankaranın Zəngəzur dəhlizi ilə bağlı planı gerçəkləşəcək”.

Tacxeber.com

Oxşar xəbərlər