• 03 Oktyabr 2024 21:21

“TikTok” Azərbaycanda 900 minə yaxın videonu SİLDİ

 

Qısa videolar üçün aparıcı platforma olan “TikTok” Azərbaycanda icmanın təhlükəsizliyini ən yüksək prioritet hesab edir. Bu məqsədlə platforma, İcma Qaydalarını pozan məzmunu aşkar etmək və ona qarşı tədbirlər görmək üçün innovativ texnologiyalar və mütəxəssislərin birgə səylərindən istifadə edir. Dünyanın müxtəlif yerlərindən 40 000-dən çox mütəxəssis, o cümlədən Azərbaycan dilini bilən mütəxəssislər “TikTok” istifadəçilərinin təhlükəsizliyini təmin etməkdən məsuldur.

 

Tacxeber.com xəbər verir ki ,”TikTok” platformasından dünya üzrə milyardlarla insan istifadə edir və hər gün milyonlarla videoçarx yayımlanır. Şirkət icma qaydalarını pozan məzmunun bir nəfər belə baxmadan əvvəl silinməsini təmin edən avtomatlaşdırılmış moderasiya texnologiyalarını təkmilləşdirməyə davam edir.

 

Nəticədə, bu texnologiyalar vasitəsilə qaydaları pozan videoların 80%-i avtomatik olaraq silinir, halbuki keçən il bu rəqəm 62% idi. Eyni zamanda, istifadəçilərdən şikayət daxil olmamışdan əvvəl məzmunun proaktiv olaraq silinməsi göstəriciləri də yüksəlib: 2024-cü ilin ikinci rübündə bu rəqəm silinən videoların ümumi sayının 98.2%-ni təşkil edib.

 

İcma Qaydalarına riayət olunması ilə bağlı məlumatlar, o cümlədən silinmiş videolar və hesablar haqqında məlumatlar hər rübdə İcma Qaydalarının İcra Hesabatlarında açıqlanır. 2024-cü ilin ikinci rübü üzrə İcma Qaydalarının İcra Hesabatına əsasən Azərbaycanda:

 

– 884 773 video icma qaydalarını pozduğuna görə silinib.

 

– Silinmiş videoların 95.9%-i şikayət daxil olmadan əvvəl platforma tərəfindən proaktiv olaraq silinib.

 

– Məzmunun 93.4%-i paylaşılmasından sonrakı ilk 24 saat ərzində silinib.

 

Həmin dövrdə, icma qaydalarının pozulması ilə əlaqədar olaraq dünya miqyasında:

 

– 178 827 465 video silinib.

 

– Videoların 98.2%-i proaktiv olaraq silinib.

 

– 93.5%-i paylaşılmasından sonrakı ilk 24 saat ərzində silinib.

 

Xatırladaq ki, keçən il Azərbaycanda icma qaydalarını pozduğuna görə ümumilikdə 2 071 243 video silinib.

 

Keçən rübdə “TikTok” ictimai rəyə siyasi kontekstdə təsir etmə məqsədi daşıyan mümkün gizli informasiya kampaniyalarının qarşısını almaq və şəffaflığı təmin etmək məqsədilə ayrıca hesabat təqdim etməyə başlayıb. 2024-cü ilin ikinci rübündə “TikTok” dünya miqyasında 1 702 277 abunəçisi olan 2 240 hesabdan ibarət 14 gizli təsir şəbəkəsinin fəaliyyətini dayandırıb.

Tacxeber.com

Oxşar xəbərlər