UEFA “Beşiktaş”a qadağa qoyub
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Beşiktaş”ın Avropa Liqasındakı oyununa azarkeş qadağası qoyulub.
Tacxeber.com xəbər verir ki, oktyabrın 24-də Fransada baş tutacaq “Lion” – “Beşiktaş” matçına İstanbul təmsilçisinin tərəfdarları buraxılmayacaqlar.
Həmçinin, şəhər ərazisində “qartallar”ın fanatlarının mərkəzi yerlərdə, stansiyalarda, stadionun yaxınlığında toplaşması qadağan edilib.