• 18 Oktyabr 2024 23:26

Həsən Nəsrullah gizli şəkildə dəfn edildi

 

İsrailin hava hücumu nəticəsində ölən Hizbullah təşkilatının rəhbəri Həsən Nəsrullah müvəqqəti olaraq gizli şəkildə dəfn edilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Frans Press” Hizbullaha yaxın mənbəyə istinadla məlumat verib.

 

“Həsən Nəsrullahın meyiti İsrailin hücum təhlükəsinin qorxusundan müvəqqəti bir yerdə gizli dəfn edilib”, – məlumatda bildirilib.

 

Qeyd edək ki, Hizbullah Nəsrullahın meyitinin oktyabrın 4-də basdırılacağı barədə bəyanat yaymışdı.

Tacxeber.com

Oxşar xəbərlər