• 23 Noyabr 2024 12:51

Maaş 165 min manatdır, amma işçi tapılmır

 

Fransada yerləşən dünyanın ən çətin və təhlükəli mayaklarından biri olan “La Jument”də işləyəcək gözətçi axtarılır.

 

İldə 2 milyon manata yaxın maaş alan mühafizəçilər 1 il burada qalmalıdır. Lakin ayda 165 min manat ola biləcək maaşla belə burada işləməyə heç kim dözə bilməz.

 

Türk yazar Uğur Önvər “La Jument”də mühafizəçi olmağın nə qədər çətin olduğunu çəkdiyi videonu izləyiciləri ilə bölüşüb:

 

“Ən kiçik bir səhv həyatınız bahasına başa gələ bilər. İşə başlamazdan əvvəl bütün riskləri nəzərə aldığınızı və baş verə biləcək qəzada şirkətin məsuliyyət daşımayacağına dair müqavilə imzalayırsınız. Siz gəmilərə yön verəcəksiniz. Bununla belə, mayakdan çıxa bilməzsiniz. İldə cəmi 2 həftə məzuniyyətiniz var.

 

Bu mayakda həyat yoldaşınız da sizinlə qala bilər, lakin uşaqların içəri girməsi qadağandır. Əgər xəstələnirsənsə, həkim sənin yanına gəlir. Bildiyiniz həbsxana həyatını yaşayırsınız. Heç vaxt quruya ayaq basa bilməzsən. Burada işləyənlərin dediyinə görə, nəhəng dalğanın, tufanın səsinə dözmək olmur. İnsan psixologiyasına mənfi təsir göstərir. Tam bir kabusdur. Hələ heç kim aylıq maaşını almayıb. Maksimum 9 gün işləyib. Müvəqqəti işçilər də qaldıqları hər gün üçün 1000 dollar qazanırlar”.

Tacxeber.com

Oxşar xəbərlər